Çexiya Prezidenti Pyotr Pavel Çex milli informasiya agentliyi üçün şərhində terrorizmə nifrət etdiyini bildirib.
Belə ki, jurnalistin Moskva vilayətində “Crocus City Hall”da törədilmiş terror hücumu ilə bağlı sualına cavabında o deyib: “Terror aktının arxasında kimin durması və hansı motivləri rəhbər tutduğundan asılı olmayaraq, terrorizm bütün təzahürlərində yalnız nifrətə səbəb olur. Baş verənlərin istintaqının siyasi məqsədlər üçün sui-istifadə edilməməsi və əsl günahkarların, eləcə də onların motivlərinin müəyyənləşdirilməsi çox vacibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.