Amerika bombardmançıları beynəlxalq hüquqa uyğun olaraq Barents dənizi üzərində qanuni fəaliyyət göstərib. TASS xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi bildirib.
Hərbi idarənin əməkdaşı MiQ-31 qırıcısının ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji təyyarənin Rusiya Federasiyasının dövlət sərhədini pozmasının qarşısını alması ilə bağlı məlumatı belə şərh edib.
Pentaqonun sözçüsünə görə, martın 26-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B Lancer təyyarəsi “strateji bombardmançıların müntəzəm yerləşdirilməsi” çərçivəsində Barents dənizi üzərindəki hava məkanında öz yerləşdirmə yerinə gedirdi.
"Hər iki təyyarə beynəlxalq hava məkanında və beynəlxalq hüquq normalarına tam uyğun olaraq fəaliyyət göstərib", - o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.