ABŞ dövlət katibi Antoni Blinken aprelin əvvəlində Fransa və Belçikaya səfər etmək niyyətindədir. TASS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək, orada Ukrayna və Qəzza zolağı ilə bağlı vəziyyəti müzakirə edəcək.
Onun sözlərinə görə, adıçəkilən ölkələrə səfər aprelin 1-dən aprelin 5-dək baş tutacaq.
Blinken daha sonra Brüsselə gedəcək, burada NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.
Bundan əvvəl Blinken İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatının səhv olacağını, ABŞ-ın belə bir addımı dəstəkləyə bilməyəcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.