AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Crocus City Hall-da baş verən terror aktı Rusiyaya təzyiq variantlarındandır

  • + A
  • - A
  • 28-03-2024, 21:36

    Crocus City Hall-da baş verən terror aktı Rusiyaya təzyiq variantlarındandır

    Analizlər görstərir ki, Crocus City Hall-da baş verən terror aktı açıq-aydın Rusiyaya təzyiq göstərmək və bütün MDB məkanında sabitliyi pozmaq üçün yeni üsuldur.
    Fikrimizcə Crocus City Halldakı terror aktının arxasında Rusiyanı müsəlman dünyasına qarşı qoymaq məqsədi dayanır. Xəbər ardıcıllığına fikir verək, Qərb terrordan əvvəl silahlıların ziyarət etdiyi Türkiyənin günahkar olduğunu, Orta Asiya ölkələrinin günahkar olduğu mövzunu canfəşanlıqla təbliğ edir.
    Baş verən terror aktını prezident seçkilərindən dərhal sonra hakimiyyətə inamsızlıq toxumu səpmək cəhdi adlandıranlar da var.
    Başqa bir versiya budur ki, Rusiya multikultural olduğu üçün hər dəfə ölkə daxilində kritik vəziyyətlərdə hansısa qüvvələr millətlərarası toqquşmaları törətməyə çalışırlar. Vladimir Putin özü də etiraf etdi ki, istənilən etnik toqquşma Rusiya üçün təhlükəlidir.
    Problem odur ki, radikal vəziyyətdə radikal millətçi bəyanatlar səsləndirən sadəlövh vətənpərvərlər terrorun hegemon dövlətlər üçün nə qədər faydalı olduğunu dərk etmirlər. Güc dövlətləri maraqlıdır Rusiya tərkibindəki xalqlar hər biri ayrılıb müstəqilliyini elan etsin. Kiçik bir ərazidə ruslar kiçik etnik Rusiyadan ibarət olsun. Təbii ki, illərdir Rusiyaya sanksiya tətbiq edənlər belə bir fikri dəstəkləməkdən və tanımaqdan məmnun olacaqlar. Minlərlə soydaşımız illərdir Rusiyada yaşayır, işləyir. Təbii ki, Azərbaycan dövləti qloballaşan dünyada başverən hadisələrə soyuqqanlıqla yanaşacaq, balanslı siyasət aparacaq. Qonşu dövlətlərdə nə qədər sabitlik olarsa, region üçün də o qədər rahat olar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR