AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heç kim bizimlə güc dilində danışmağa çalışmasın

  • + A
  • - A
  • 28-03-2024, 21:51

    Heç kim bizimlə güc dilində danışmağa  çalışmasın

    Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında görüş keçiriləcək. Azərbaycan bununla bağlı ABŞ və Aİ səlahiyyətliləri ilə çox sərt danışıb və İrəvanın regionda yeni təxribatları olacağı təqdirdə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqlı olaraq görüşü Ermənistandan anti-Rusiya aləti kimi istifadə etmək cəhdi adlandırıb, çünki Qərb Ermənistanı həm anti-Rusiya, həm də anti-Azərbaycan formada hazırlayır. Qısa desək, İrəvanı çağırırlar: Rusiyadan uzaqlaş, biz sənə kömək edəcəyik.
    Erməni mətbuatına nəzər salaq, görərik ki, Ermənistan informasiya və siyasi təbliğat aparır: görün biz necə yazığıq, Rusiya bizi qorumur. Biz kasıb, Rusiya, Azərbaycan, Türkiyə tərəfindən əzilən kiçik Ermənistanıq, onlar bizə kömək etmirlər.
    Hadisələri analiz edəndə aydın görünür ki, aprelin 5-də keçiriləcək görüş Ermənistana hərbi yardım vəd edən bir neçə yüksək səviyyəli bəyannamənin imzalanması ilə başa çatacaq.

    Aprelin 5-də verilən bəyanatlardan maraqlı proseslər baş verəcək. Rusiya-Ermənistan münasibətlərində və Ermənistan-Aİ münasibətlərində yeni dövr başlayacaq. Ermənistan mətbuatı iddia edir ki, Qərb təzyiq edir və Paşinyana xəbərdarlıq edir ki, Rusiyaya qarşı radikal addımlar atmasa, onu daha radikal lider əvəz edəcək.
    Bundan əlavə NATO-nun keçmiş baş katibi Rasmussenin Ermənistan hökumətinə məsləhət verdiyi və bunun üçün İrəvanın ona pul ödədiyi barədə məlumatlar var. Doğrudur, Paşinyan hökuməti heç vaxt NATO ilə əlaqələrini gizlətməyib. Əksinə, açıq şəkildə NATO-nun onlara kömək etdiyini, NATO-nun Paşinyanın siyasətini həmişə dəstəklədiyini, NATO-nun KTMT-dən daha yaxşı tərəfdaş olduğunu bildirib.
    Azərbaycanın sərt bəyanatı gedişatı dəyişə bilər. Proqnozları oxuyanda belə qənaətə gəlmək olur ki, Qərb Ermənistana böyük miqdarda silahla kömək etməyəcək. Qərbin Ermənistana verdiyi yardım onların Ukraynaya göndərdikləri ilə müqayisədə qəpik-quruşdur.
    Paşinyan-Blinken-von Ler Leyen görüşündən sonra maraqlı hadisələr baş verəcək. İzləyək. Ermənistana dəstək verənlər unutmasınlar ki, Azərbaycanın hərb sahəsində uğurları başqa dövlətlərdə hələ yeni öyrənilməyə başlayır. Azərbaycan sülhsevər dövlətdir, danışıqlara önəm verir. Amma danışıqlar nəticə verməyəndə, dəmir yumruğu hər zaman düşnənlərimiz başlarının üstündə hiss etsin. Heç kim bizimlə güc dilində danışmağa çalışmasın!
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR