Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Simonyan özü İctimai Televiziyaya müsahibəsində bildirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Ermənistan Milli Assambleyasının (parlament) sədri martın 22-də BMİ iclası çərçivəsində keçirilən spikerlərin əvvəlki görüşünü “görünməmiş” adlandırıb.
Simonyan izah edib ki, ilkin olaraq danışıqlar zamanı Azərbaycan tərəfi “qırmızı xətlər” çəkib, müzakirənin yalnız Ermənistan tərəfinin razılıq verdiyi parlament diplomatiyasının gündəliyi çərçivəsində aparılmalı olduğunu göstərib.
Onun sözlərinə görə, görüş kifayət qədər konstruktiv şəraitdə keçib.
"Biz razılaşdıq ki, aramızda etimadsızlıq mühiti var. Onlar bizə güvənmirlər, biz də onlara güvənmirik. Deyirlər ki, onlara hücum edəcəyik. Mən əks sual verdim ki, niyə bu qədər miqdarda silah alırlar", - Simonyan qeyd etdi.
Eyni zamanda o, bildirib ki, Qafarova onu Azərbaycanın heç bir təxribat hazırlamadığına inandırıb.
"Parlament səviyyəsində əlaqə yaratmaq və ünsiyyətə başlamaq qərara alındı. Mən qeyd etdim ki, bu məsələni siyasi komanda ilə müzakirə edəcəyəm. O, məsələni özü ilə də müzakirə edəcəyini bildirdi", - Ermənistan parlamentinin spikeri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.