Türkiyənin 4-cü böyük şəhəri Bursa 47 il sonra CHP-nin nəzarətinə qayıtdı.
Bursa Türkiyənin mühüm sənaye və turizm mərkəzlərindən olmaqla yanaşı, Osmanlının paytaxtlarından biri olması etibarilə tarixi əhəmiyyəti də böyükdür.
CHP Türkiyədə seçkili bələdiyyə institutunun qurulduğu 1963-cü ildən bəri ilk dəfə Manisa və Balıkesir böyük şəhər bələdiyyələrini qazandı.
Şahzadələr şəhəri Manisanın (Osmanlıda varis şahzadə bu sancağa göndərilirdi) qazanılması burada doğulmuş CHP lideri Özgür Özəl üçün xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, şahzadə sancağı olmuş Amasyada da (böyük şəhər deyil) CHP 47 il sonra qalib gəldi.
CHP 25 illik fasilədən sonra Dənizli böyük şəhər bələdiyyəsini özünə qaytardı.
Ümumilikdə CHP əlindəki 11 böyük şəhər bələdiyyəsindən onunda yenidən qalib gəldi, bəhs etdiyimiz 4 böyük şəhəri də bunlara əlavə etdi. Hatayda nəticə hələ ki aydın deyil.
Qeyd: Məqalə politoloq Şahin Cəfərlinin sosial media hesabından götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.