Rusiya ilə münasibətlərimizdə heç bir səhv etməmişik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri ilə növbəti görüşündə deyib və onun videosunu Telegram kanalında yayıb.
“Bizim tərəfdaşlarımız nəsə göstərib deyə bilməzlər ki, siz bu öhdəliyi götürmüsünüz və yerinə yetirməmisiniz. Biz göstərə bilərik və edirik də, haqlı suallar qaldırırıq və bu suallara əsaslı cavab gözləyirik. Və bu cavab eşidilməyənə qədər, nə deyilsə də, məsələ həll olunmayacaq”, - Paşinyan Rusiya ilə münasibətlərlə bağlı deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.