Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 aprel - Minalardan Təmizləmə üzrə Beynəlxalq Maarifləndirmə və Minalardan Təmizlənməsinə Yardım Gününə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, onlar minatəmizləmə işlərinə çox yaxın vaxtlarda başlayacaqlar - onların akkreditasiyası prosesi aprelin 6-da başa çatacaq.
“Uğurlu akkreditasiyadan sonra sülhməramlılardan ibarət minatəmizləmə qrupu Xocalıda minatəmizləmə işlərinə başlayacaq”, - o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.