Yüzlərlə Tbilisi sakini Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyasında iştirak edib. Onlar hakimiyyətin xarici agentlərlə bağlı qanun layihəsini qəbul etmək istəyindən narazıdırlar.
Mitinq təşkilatçılarının sözlərinə görə, onlar aksiyanı daimi etmək niyyətindədirlər.
Hazırda perimetr ətrafında polis əməkdaşları yerləşdirilib. TASS xəbər verir ki, etiraz aksiyası nəqliyyatın hərəkətinə mane olmur.
Xatırladaq ki, bir il əvvəl “Gürcü arzusu” xarici agentlər haqqında qanun layihəsini qəbul etməyə çalışsa da, etiraz dalğasından sonra bunu etməmək qərarına gəlib. Bir gün əvvəl məlum oldu ki, respublika hakimiyyəti bu qanun layihəsini qəbul etmək üçün daha bir cəhd edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.