Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO terrorla mübarizədə Ankaraya dəstək verməlidir. Bundan əvvəl Türkiyə ABŞ-ı kürd qüvvələri ilə əməkdaşlığa görə tənqid edirdi.
Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidan NATO Xarici İşlər Nazirlikləri rəhbərlərinin toplantısında alyansı terrorizmlə mübarizədə Türkiyənin mövqe və prinsiplərini dəstəkləməyə çağırıb.
Nazir həmçinin bildirib ki, görüş zamanı Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası və onun Avropadakı tərəfdarlarının fəaliyyəti ilə bağlı məsələ qaldırılıb. Onun sözlərinə görə, bu gün Avropada PKK-ya qarşı dözümlülük azalır.
Ankara bundan əvvəl Vaşinqtonu Türkiyənin terrorçu kimi tanıdığı Suriyadakı kürd qüvvələri ilə əməkdaşlıq etdiyinə görə tənqid edib. Ankara onun milli təhlükəsizliyini təhdid edən əməkdaşlığa son qoyulmasını tələb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.