AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq

  • + A
  • - A
  • 5-04-2024, 22:38

    Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq

    Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Ço Tae-yul Seulun Kiyevə 2,3 milyard dollar ayıracağını bildirib.Bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb.

    Nəşr vurğulayır ki, Seul Kiyevə 2024-cü ildən göndərilməsi planlaşdırılan orta və uzunmüddətli yardım paketi təqdim etməyi planlaşdırır. O, həmçinin Ukraynaya Şimali Atlantika Yardımı Etimad Fondu vasitəsilə yaralı ukraynalı əsgərlərin reabilitasiyası üçün 12 milyon dollar təklif edəcək.

    Bundan əlavə, nazir ölkənin Kiyevə öldürücü silahlar verməkdən imtina etdiyini təsdiqləyib.

    Fevralın 14-də Cənubi Koreya Ukraynanın Qurumlararası Donor Koordinasiya Platformasına qoşulub.

    Seul qeyd edib ki, platforma 2023-cü ilin yanvarında yaradılmış məsləhət orqanıdır və Ukrayna iqtisadiyyatının bərpası üçün yardım göstərmək niyyətindədir və G7 ölkələrinin rəhbərliyi altında işləyir. Platformaya Avropa Komissiyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR