Qarşılıqlılıq prinsipini rəhbər tutaraq, Tacikistan tezliklə bu ölkəyə gələn Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edə bilər - bu, Türkiyə hakimiyyətinin Tacikistan vətəndaşları ilə bağlı analoji qərarına cavab olacaq.
Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib ki, Tacikistan Türkiyə rəhbərliyinin bu gün qəbul etdiyi ölkə vətəndaşları üçün vizasız rejimin ləğvinə cavab olaraq oxşar məhdudlaşdırıcı tədbirlər hazırlayır.
Ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz fərmanı ilə ümumi pasportla Türkiyəyə gələn Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib, bu barədə sərəncam bu gün səhər saatlarında “Resmi Gazete” rəsmi qəzetində dərc olunub.
İndi Türkiyəyə iş məqsədi ilə, tətilə və ya turist səfərinə gedən Tacikistan vətəndaşlarından Türkiyənin Tacikistandakı diplomatik nümayəndəliklərində Türkiyə vizası tələb olunur. Mesajda Türkiyə hakimiyyətinin bu qərarına nəyin səbəb olduğu göstərilmir. Səmədi əlavə edib ki, Türkiyə diplomatik kanallar vasitəsilə məhdudiyyətlər barədə Tacikistan hakimiyyətinə məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.