Qərb silah çatışmazlığı səbəbindən hərbi toqquşma zamanı Rusiyaya uduzacaq. Bu fikri Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “London Real By Brayan Rose” YouTube kanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Qərb çoxdan silah-sursatdan imtina edib və ehtiyatları doldurmaq üçün illər lazım olacaq. Makqreqor qeyd edib ki, Rusiyada silah istehsal edən zavodlar gecə-gündüz işləyir.
Aprelin 6-da “Unbowed France” partiyasının qurucusu Jan-Lyuk Melenşon bildirib ki, Paris və Moskva arasında hərbi toqquşma Fransanın məhvinə gətirib çıxaracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.