Ermənistanın silahlı qüvvələrinin Ordumuzun mövqelərini müxtəlif ərazilərdə son 3 gün ərzində 4 dəfə atəşə tutması onun sağlam məntiqdə olmadığını və Fransanın bölgəmizdə yenidən münaqişə yaratmaq aləti kimi ermənilərdən istifadə etdiyini göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
“Ordumuzun törədilən təxribatlara cavab verməsi artıq zərurətə çevrilib. Azərbaycan əsgər və zabitlərinin həyatına, ərazi bütövlüyünə qarşı preventiv tədbirlər görmək hüququnu özündə saxlayır. Ermənistan bu təxribatlardan əl çəkməlidir. Çünki Ordumuz hərəkətə keçsə, bunu nə Paşinyan, nə Makron, nə də başqa havadarları dayandıra biləcək. Rəsmi İrəvan bu gün törətdiyi çoxsaylı təxribatlara, sərhəddə qoşun topladığına və Ordumuza qarşı inşa etdiyi istehkam qurğularına görə qısa müddətdə dərin peşmançılıq hissi keçirəcək”, - hərbi ekspert vurğulayıb.
Qeyd edək ki, Ermənistan qüvvələri aprelin 5-dən başlayaraq, Ordumuzun mövqelərini atəşə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.