AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İsrailə pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb

  • + A
  • - A
  • 14-04-2024, 02:22

    İran İsrailə pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb

    İran ordusu İsrail istiqamətində pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

    Həmçinin, yayımçının məlumatına görə, İsrailə doğru uçan pilotsuz təyyarələrin bəziləri Suriya səmasında məhv edilib.

    Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin İranın pilotsuz uçan aparatlarının qarşısını almaq üçün İraq və İordaniya səmasında patrul etdiyi bildirilirdi.

    Bir gün əvvəl İsrail mediası bu ölkənin kəşfiyyatına istinadən xəbər vermişdi ki, İran İsrailə doğru onlarla pilotsuz uçan aparat atıb. SEPAH daha sonra İsrailə qarşı raket və pilotsuz təyyarələrin buraxılmasını rəsmən təsdiqləyib.

    Hücum İsrailin respublikanın Dəməşqdəki konsulluğunu atəşə tutmasına İranın cavabı adlandırılıb, bundan sonra İran prezidenti İbrahim Rəisi yəhudi dövlətinə hücum edəcəyinə söz verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR