Avropa İttifaqı İranın İsrailə hücumunu pisləyir, Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.
“Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu kəskin şəkildə pisləyir. Bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə ciddi təhdiddir”, - o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl IRNA agentliyi İranın İsrailə ballistik raketlər atdığını bildirmişdi.
ABC News-un məlumatına görə, İranın İsrailə endirdiyi zərbələrin hədəfi yalnız hərbi hədəflər olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.