BMT-nin baş katibi Antonio Quterreş İranın şənbə günü İsrailə iri hava və raket zərbələri endirməsindən sonra Yaxın Şərqdə detente və dərhal gərginliyin azaldılmasına çağırıb. O, bunu İranın bu ölkəyə hücumundan bir gün sonra İsrailin tələbi ilə çağırılan Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı deyib.
"Yaxın Şərq astanasındadır. Region xalqları dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. İndi detente və deeskalasiya zamanıdır. İndi maksimum təmkin zamanıdır", - Quterreş bildirib.
O qeyd edib ki, Təhlükəsizlik Şurasının bazar günü iclası İsrailin BMT-dəki daimi nümayəndəsinin İsrail ərazisinə yüzlərlə raket və pilotsuz təyyarənin hücumu barədə məlumat verən məktubu əsasında çağırılıb. Bununla belə, baş katib həmçinin qeyd edib ki, Təhlükəsizlik Şurasının rəhbəri İran nümayəndə heyətindən məktub alıb və bu məktubda Tehran “İranın ayrılmaz özünümüdafiə hüququnu yerinə yetirmək üçün” cavab addımları atdığını bildirib.
Bununla bağlı Quterreş xatırladıb ki, bazar günü gecə o, İran tərəfindən ciddi eskalasiyanı kəskin şəkildə pisləyən bəyanat yayıb.
"Yaxın Şərqdə bir neçə cəbhədə böyük hərbi toqquşmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq vacibdir", - BMT-nin baş katibi vurğulayıb.
Onun sözlərinə görə, bu münaqişədə mülki vətəndaşlar ağır yükü daşıyırlar və ən yüksək qiyməti ödəyirlər: "Və bizim daha da gərginliyin qarşısını almaq üçün bütün maraqlı tərəfləri fəal şəkildə cəlb etmək üçün ortaq məsuliyyətimiz var".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.