Yaxın günlərdə İsrail hakimiyyət orqanları İranın hücumuna cavab qərarı verəcək. Bu barədə ABC News İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Piter Lernerə istinadən məlumat yayıb.
“İsrail bazar ertəsi və ya yaxın günlərdə gələcək addımlar barədə qərar verəcək”, - deyə kanal bildirib.
Telekanal xəbər verir ki, İsrail Müdafiə Qüvvələri artıq yəhudi dövlətinin hökumətinə İranın hücumuna cavab vermək üçün bir sıra variantlar təqdim edib.
Bundan əvvəl İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrail hücuma cavab olaraq İslam Respublikasının iqtisadiyyatını sarsıtmağa cəhd edə bilər.
Onun sözlərinə görə, İran belə hadisələrə hazırdır. Ölkənin hakimiyyət orqanları iqtisadi sabitliyi dəstəkləmək üçün bütün lazımi tədbirləri dərhal həyata keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.