AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Konqresi aprelin 16-da Ukraynaya yardımla bağlı səs verə bilər

  • + A
  • - A
  • 16-04-2024, 07:19

    ABŞ Konqresi aprelin 16-da Ukraynaya yardımla bağlı səs verə bilər


    ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson bildirib ki, hələ aprelin 19-da Ukraynaya əlavə yardımın ayrılması və Rusiyaya məxsus aktivlərin müsadirəsi ilə bağlı səsvermə keçirilə bilər. Bu barədə RİA Novosti məlumat yayıb.

    Conson jurnalistlərə bildirib ki, Senatın hazırkı formada əlavə maliyyələşdirmə qanun layihəsinə səsvermə keçirilməyəcək. Nümayəndələr Palatasının üzvləri ayrı-ayrılıqda İsrailə, Ukraynaya, Hind-Sakit okean regionuna yardım, eləcə də Kiyevin xeyrinə Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsinə səs verəcəklər.

    Natiq vurğulayıb ki, qanun layihələrinin mətnləri aprelin 16-da səhər saatlarında gözlənilir. Bundan sonra konqresmenlərə düzəlişlər etmək üçün üç gün vaxt veriləcək. Nəticədə, sənədlər üzrə səsvermə aprelin 19-da, cümə günündən başlaya bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR