AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu Hizbullahın "əhəmiyyətli terrorçu" infrastrukturuna zərbələr endirib

  • + A
  • - A
  • 17-04-2024, 23:32

    İsrail ordusu Hizbullahın "əhəmiyyətli terrorçu" infrastrukturuna zərbələr endirib


    İsrail Hərbi Hava Qüvvələrinin (IAF) qırıcıları Livanın şərqində şiə Hizbullah hərəkatının hava hücumundan müdafiə sistemi ilə əlaqəli "əhəmiyyətli terror infrastrukturuna" hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

    “İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Baalbekin şimalında terror təşkilatının hava hücumundan müdafiə sistemi tərəfindən istifadə edilən “Hizbullah” terror təşkilatının mühüm infrastrukturuna zərbələr endirib”, - deyə məlumatda bildirilir.

    Aprelin 16-da İsrail ordusu Livanın mərkəzi və qərb bölgələrinə cavabdeh olan “Hizbullah” hərəkatının döyüş qanadının tərkibində “Radvan” xüsusi təyinatlı batalyonunun raket qüvvələrinin komandirlərindən birinin sıradan çıxarıldığını elan edib.

    Bundan əvvəl İD-nin mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Livandakı Hizbullah hərbi obyektinə zərbələr endirib. Zərbə aprelin 14-nə keçən gecə İsrailin şimalının atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin “Hizbullahın böyük silah istehsal edən obyekti” olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR