İyulun 11-nin Srebnitsa Soyqırımını Beynəlxalq Anma Günü kimi tanınması Srpska Respublikasının süqutuna səbəb ola bilər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç deyib.
Müvafiq qərara baxılması aprelin 27-nə təyin edilib. Serbiya liderinin sözlərinə görə, anım tarixinin təsis edilməsinin təşəbbüskarı Bosniya və Herseqovinadır və Almaniya vasitəçi qismində çıxış edəcək.
Vuçiç bu qərarın serblərin “soyqırım milləti” ilə eyniləşdirilməsinə səbəb olacağını vurğulayıb. Daha sonra Bosniya və Herseqovina təzminat tələb edə və həmçinin muxtar Srpska Respublikasını ləğv edə biləcək, deyə o, proqnozlaşdırıb.
Daha əvvəl respublika prezidenti Milorad Dodik qətnaməyə cavab verib. Onun fikrincə, bu yolla Bosniya daxilində münasibətlər “tam disfunksiya” həddinə qədər mürəkkəbləşəcək. O, sənədi də pis adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.