AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsinə mane olub

  • + A
  • - A
  • 19-04-2024, 09:59

    Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsinə mane olub

    Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Fələstinə təşkilata tam üzvlüyünü tövsiyə edən qətnaməsinə veto qoyub. Bu barədə BMT-nin saytı məlumat yayıb.

    “12 lehinə bir və iki bitərəf səs nəticəsində Təhlükəsizlik Şurası qətnamə layihəsini qəbul etməyib”, - bəyanatda deyilir.

    Qətnaməyə razılıq verənlər arasında Rusiya və Çin də var. İsveçrə və Böyük Britaniya bitərəf qalıb.

    Qətnamə layihəsinin qəbul edilməsi üçün onu Təhlükəsizlik Şurasının ən azı doqquz üzvü dəstəkləməlidir və onun daimi üzvlərindən heç biri - Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ veto hüququndan istifadə etməməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR