AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran əyalətində hava hücumundan müdafiə vasitələri işə salındıqdan sonra heç bir dağıntı qeydə alınmayıb

  • + A
  • - A
  • 19-04-2024, 10:32

    İran əyalətində hava hücumundan müdafiə vasitələri işə salındıqdan sonra heç bir dağıntı qeydə alınmayıb


    İranın İsfahan şəhərində aprelin 19-da səhər saatlarında eşidilən partlayışın səsi hava hücumundan müdafiə sisteminin işləməsi ilə əlaqədar olub, yerdəki obyektlərə heç bir ziyan dəyməyib. ISNA agentliyi bu barədə İran ordusunun ikinci briqada generalı Siyavaş Mihandust-a istinadən xəbər verir.

    Onun sözlərinə görə, hava hücumundan müdafiə “şübhəli obyektlər” üzərində işə salınıb.

    ABŞ mediası aprelin 19-na keçən gecə İsrailin İran ərazisindəki hədəflərə “məhdud” cavab zərbəsi endirdiyini yazıb. Partlayışlar İsfahan şəhəri ərazisində baş verib. İranın IRIB dövlət agentliyi ölkənin bir sıra əyalətlərində hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarına qarşı işlədiyini bildirib. Tasnim agentliyinin məlumatına görə, İsfahandakı nüvə obyektləri tamamilə təhlükəsizdir. Bununla belə, üç İran rəsmisi New York Times qəzetinə zərbələrin hədəfinin əyalət yaxınlığındakı hava bazası olduğunu təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR