AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”

  • + A
  • - A
  • 19-04-2024, 14:52

    Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”


    Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə daha da kəskinləşir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamasından da görmək olar.

    Belə ki, keçirdiyi son brifinqdə Zaxarova deyib ki, ABŞ və Aİ əvvəl-axır İrəvanı tək qoyacaqlar:

    “Qərb ölkələri Ermənistanı regionda yeni münaqişələri qızışdırmaq üçün yeni alətə çevirəcək. Aydındır ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin KTMT və AİB mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları arasında çəkişmə yaratmağa çalışır, Ermənistana isə ABŞ və Aİ-nin yeni münaqişə ocağını alovlandırmaq üçün alət rolu verilir. Qərblilər "işlərini" gördükdən sonra Ermənistanı tək qoyacaqlar”.

    “Zaxarovanın dedikləri əslində Rusiyanın mövqeyidir”

    Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ermənistanın bir dövlət olaraq taleyi yaxın bir-iki ay ərzində həll olunacaq:

    “Zaxarovanın dedikləri əslində Rusiyanın mövqeyidir. Onlarda dəqiq məlumat var ki, Fransa ABŞ-ın tapşırığı ilə Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Ona görə də həm Ermənistanı silahlandırır, həm də Azərbaycana qarşı informasiya müharibəsini gücləndirir, ölkəmizə münasibətdə ədalətsiz addımlar atırlar. Bütün bunların fonunda Qərb çalışır ki, Azərbaycan da artıq hərəkət etsin.

    Azərbaycan Fransanı siyasi cəhətdən məhv edib. Paris Afrikadakı mövqeyini itirdi. Yəni Azərbaycana dil uzatmaq Fransaya baha başa gəldi. Rusiyanın mövqeyi isə Azərbaycanın xeyrinə dəyişdi. Onların buradakı sülhməramlı ordusu da getdi və buradan çıxan orduları Ermənistanda yerləşdirildi”.

    “Ermənistanın dövlət kimi taleyi yaxın bir-iki ay ərzində həll olunacaq”

    Həmsöhbətimiz deyir ki, Zaxarovanın İrəvana yönəlik bu xəbərdarlıqları Ermənistanın da sonda Ukrayna kimi meydanda tək qalacağına işarədir:

    “Ortada Gürcüstan, Ukrayna nümunəsi var, Ermənistan da bu yöndə üçüncü nümunə olacaq. Vəziyyətin belə davam etməsi Rusiyanı Ermənistana qarşı hərəkətə keçməyə vadar edəcək. Rusiya vaxtilə Gürcüstanı 72 saata ram edib. Ermənistanı isə 12 saata ram edəcək. 12 saatdan sonra Ermənistan Rusiyanın nəzarətində olacaq. Ermənistanın dövlət kimi taleyi yaxın bir-iki ay ərzində həll olunacaq. Payıza qədər onun dövlət kimi qalıb-qalmaması tam müəyyən olunacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR