AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Trampın Ukraynaya hərbi yardımla bağlı məzəmmətinə cavab verib

  • + A
  • - A
  • 19-04-2024, 19:30

    Aİ Trampın Ukraynaya hərbi yardımla bağlı məzəmmətinə cavab verib


    Avropa Şurasının rəhbəri Çarlz Mişel ABŞ-ın keçmiş prezidenti Donald Trampın qınaqlarına cavab verib və Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardım üçün 143 milyard avro xərclədiyini xatırladıb. Siyasətçi müvafiq bəyanatla X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
    “Gəlin birbaşa danışaq. Rəqəmlər özləri üçün danışır. Avropanın Ukraynaya yardımı - 143 milyard avro”, Mişel Trampa cavab verib.
    Tramp bildirib ki, ABŞ Ukraynaya Avropadan 100 milyard dollar çox vəsait ayırıb

    Tramp əvvəllər Vaşinqtonun artıq çox böyük töhfə verdiyini deyərək, Avropadan Ukraynaya daha çox kömək etməyi tələb etmişdi. Siyasətçi xüsusən də Vaşinqtonun ABŞ və Ukrayna arasında bütöv bir okeanın olmasına baxmayaraq, Avropadan daha çox pul verməsindən çaşdığını dilə gətirib. O əlavə edib ki, Ukrayna ABŞ üçün önəmlidir, lakin coğrafi mövqeyinə görə Avropa ona daha çox diqqət yetirməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR