Azərbaycan və Ermənistan sərhədin razılaşdırılmış hissələrində eyni vaxtda və paralel olaraq öz sərhəd xidmətlərini yerləşdirəcəklər. Bu qərar Azərbaycan və Ermənistanın delimitasiyası üzrə komissiyaların aprelin 19-da iki ölkənin sərhədində keçirilən səkkizinci iclasının yekunlarına əsasən qəbul edilib.
“Biz razılaşdıq ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək üçün öz hökumətləri ilə əlaqə saxlasınlar Təsvir Protokolunda göstərilənlər delimitasiya edilmiş hesab ediləcək”, - deyə Azərbaycan Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.