Almaniya Gürcüstan hakimiyyətinə xarici agentlər haqqında qanunun qəbulunun mümkün nəticələri barədə xəbərdarlıq edib. Bundestaq üzvü Helge Lind deyib ki, Berlin təhlükəsiz ölkə statusuna yenidən baxa bilər.
Sosial Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, Almaniya hakimiyyəti Gürcüstanı təhlükəsiz ölkə statusundan məhrum etmək barədə qərar verə bilər.
Siyasətçi izah edib ki, onun partiyası bu qanuna siyasi təqib aləti kimi baxır. Ona görə də o, əmindir ki, Almaniya Gürcüstan vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı hazırkı siyasətini yumşaltmalı olacaq.
Qeyd edək ki, Gürcüstan dekabr ayında Almaniyanın təhlükəsiz ölkələr siyahısına daxil edilib.
Gürcüstanda xarici agentlər haqqında qanunun mahiyyəti nədir?
Xarici agentlər haqqında qanun layihəsi maliyyələrinin ən azı 20%-ni xaricdən alan bütün QHT və KİV-lərin xüsusi siyahıya salınmasını nəzərdə tutur. Belə təşkilatlar xarici gücün təsirini həyata keçirən təşkilatlar kimi qiymətləndiriləcək.
Ancaq onlar üçün ciddi məhdudiyyətlər yoxdur. Yeganə tələb (reestrə faktiki daxil edilməkdən başqa) illik bəyannamənin təqdim edilməsidir. Buna əməl edilməməsi cərimə ilə nəticələnəcək.
Tələbələr, alimlər, mühacirlər və onların ailələri də daxil olmaqla, fiziki şəxslər qanuna tabe olmayacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.