Ermənistanda Azərbaycan və Türkiyə bayraqları növbəti dəfə yandırılıb. Məlumata görə, İrəvanın Respublika meydanında Daşnaksütyun partiyasının təşkil etdiyi məşəl yürüşü keçirilib.
Mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan və “Hayastan” blokundan deputat Levon Köçəryan iştirak ediblər.
Bildirilir ki, yürüş iştirakçıları Ermənistanın və qondarma “erməni soyqırımı”nı tanıyan bütün ölkələrin bayraqlarını daşıyıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.