ABŞ prezidenti Co Bayden ölkəsinin dostlarını dəstəkləyəcəyini, Rusiyaya və onun rəhbərliyinə boyun əyməyəcəyini bildirib.
“Amerika dostlarımızın yanındadır. Biz diktatorlara qarşıyıq. Biz heç kimə boyun əyməyəcəyik, əlbəttə ki, Vladimir Putinə yox”, - Bayden deyib. Onun sözlərinə görə, guya Rusiya Ukraynadan sonra NATO-ya üzv ölkələrə qarşı aqressiv addımlar ata bilər.
Bundan əvvəl o, yeni hərbi paket çərçivəsində Ukraynaya yardımı nəzərdə tutan qanunu imzaladığını açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.