Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Sultanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirələr aparılıb.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.