Azərbaycan baş nazirinin müavininin ofisi: Azərbaycan və Ermənistan planlaşdırılan delimitasiya işlərinin 35 faizini yerinə yetiriblər
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası işlərinin 35 faizini yerinə yetirib. Bu barədə cümə günü Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisində məlumat verilib.
“Geodeziya ölçmələrinə əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd sütunu quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.