Amerikanın Texas ştatının Ostin şəhərində polis yerli universitetdə Fələstinə dəstək aksiyası keçirən nümayişçiləri saxlamağa başlayıb.
Ötən gün polis aksiyanı dağıtmaq üçün onlarla insanı mühasirəyə alıb və həbslər başlayıb. Bildirilir ki, insanlar çətirlərlə asayiş keşikçiləri ilə mübarizə aparmağa çalışırlar. Eyni zamanda iğtişaş baş verən əraziyə ağır texnika ilə polis gəlib.
“The Washington Post”un məlumatına görə, son on gündə ABŞ-da Fələstində sülhə dəstək nümayişləri zamanı 900-dən çox adam həbs edilib, ölkənin əsas universitetlərində nümayişlər keçirilib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidentliyinə namizəd Jill Stein də Sent-Luisdəki Vaşinqton Universitetində polis tərəfindən həbs edilən yüz nəfərin arasında idi. Steynin kampaniyası qeyd edib ki, o, Qəzza zolağında döyüşlərin dayandırılması üçün dinc şəkildə etiraz edən tələbələrin yanındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.