Ermənistan və İran aviasiya sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu məqsədlə Ermənistan nümayəndə heyəti İranın bu sahədə təcrübəsini öyrənmək üçün Tehrana səfər edəcək. Ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxşi arasında müvafiq razılıq əldə olunub. Amma səfərin tarixi dəqiqləşdirilməyib.
Görüş zamanı tərəflər təyyarələrə texniki xidmət göstərilməsi, mütəxəssislərin yenidən hazırlanması, iki ölkə arasında uçuşların sayının artırılması, eləcə də tranzit uçuşların inkişafı imkanlarını müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.