AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenin oğlu silah saxlama iddiasını bağlamaqdan imtina etdi

  • + A
  • - A
  • 10-05-2024, 08:14

    Baydenin oğlu silah saxlama iddiasını bağlamaqdan imtina etdi


    Pensilvaniya ştatının apellyasiya məhkəməsi ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunter Baydenin silah saxlama işinə xitam verilməsi tələbini rədd edib. Bu barədə TASS məlumat yayıb.

    Hunter Bayden üç cinayətdə ittiham olunur: 2018-ci ildə narkotik saxlama və istifadə ilə bağlı suala cavab olaraq iki dəfə yazılı yalan danışmaq və narkotika aludəçiləri üçün qadağan edilməsinə baxmayaraq odlu silah saxlamaq. Bu üç maddə üzrə onu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.

    Bundan əvvəl ABŞ məhkəməsi Baydenin oğlu Hunterin vergidən yayınma ittihamlarını ləğv etmək təklifini rədd etmişdi.

    ABŞ prezidentinin oğlu 2016-cı ildən 2020-ci ilə qədər 1,4 milyon dollar məbləğində vergidən yayınmada doqquz maddədə ittiham olunur. Prokurorlar iddia edir ki, Hunter Bayden vergi ödəmək əvəzinə, narkotiklər də daxil olmaqla, "ekstraqant həyat tərzinə" milyonlarla dollar xərcləyib. Yeni ittihamlara görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR