AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tbilisidə keçirilən etiraz aksiyasında polis etirazçıları itaətsizliklərinə görə saxlayıb

  • + A
  • - A
  • 10-05-2024, 08:21

    Tbilisidə keçirilən etiraz aksiyasında polis etirazçıları itaətsizliklərinə görə saxlayıb


    Gürcüstanda kortəbii etiraz aksiyasında bir neçə nəfər polis tərəfindən saxlanılıb. Bu barədə məlumat Sputnik Georgia Telegram kanalında dərc olunub.
    Qeyd olunur ki, müxalif bloger Uçi Abaşidzenin qanunsuz silah saxladığına görə həbsindən sonra onun tərəfdarları nüfuzlu Vake rayonunda Çavçavadze prospektini bağlamağa cəhd ediblər.

    “Bir neçə nəfər polisə tabe olmadıqları üçün saxlanılıb”, – nəşr yazır.
    Mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu ikinci oxunuşda qəbul edib. 83 deputat “lehinə”, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftə sonra üçüncü oxunuşda baxılacaq. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR