ABŞ, Ukrayna və İlon Maskın SpaceX şirkəti arasında əməkdaşlıq Rusiyanın Starlink-dən qeyri-qanuni internet istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Bunu Bloomberg-ə müsahibəsində müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumb deyib.
Plumb qeyd edib ki, Rusiya indiyədək bu məsələdə Rusiyaya qarşı mübarizədə uğurlu olub, lakin o, Moskvanın Starlink və digər kommersiya kommunikasiya sistemlərindən istifadə yollarını tapmaqda davam edəcəyinə əminliyini ifadə edib.
Pentaqonun sözçüsü Starlink və Ukrayna ilə birgə effektiv həll yollarının tapıldığını vurğulasa da, konkret üsullara əl atacaqlarını açıqlamayıb.
Bir müddət əvvəl ABŞ senatoru Elizabet Uorren Ukrayna ərazisində Rusiya hərbçiləri tərəfindən Starlink peyk rabitə terminallarından qeyri-qanuni istifadə edildiyini açıqlamışdı. Onun fikrincə, bu hərəkət ABŞ və onun müttəfiqlərinin milli təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.