Şənbə günü baş nazir Nikol Paşinyanın istefası və Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulmasını tələb edən etirazçılara dəstək üçün Gümrüdən İrəvana avtomobil yürüşü başlayıb.
“Vətən uğrunda Tavuş” hərəkatına qoşulmaq üçün Gümrü şəhərinin mərkəzi meydanından İrəvana avtoyürüş başlayıb.
Cümə axşamından etibarən İrəvanın Respublika meydanında Nazirlər Kabineti binasının yanında Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməsi tələbi ilə mitinqlər keçirilir. Etiraz hərəkatına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.
Ermənistan Xarici İşlər Nazirliyi aprelin 19-da məlumat verib ki, Ermənistan və Azərbaycanın xüsusi komissiyaları əvvəllər səkkiz kənd arasında sərhədin müəyyən hissələrinin keçilməsi barədə razılığa gəliblər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.