Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-də Sinqapur Respublikasına rəsmi səfərə gəlib.
“Sinqapur Çanqi” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Sinqapur Respublikasında bir sıra rəsmi görüşləri nəzərdə tutulub.
Nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.