AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ konqresmenləri İsrailə fasiləsiz silah tədarükünün tərəfdarı olublar

  • + A
  • - A
  • 15-05-2024, 09:46

    ABŞ konqresmenləri İsrailə fasiləsiz silah tədarükünün tərəfdarı olublar


    ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur Komitəsi Amerika administrasiyasının İsrailə fasiləsiz silah tədarükünü təmin etməli olduğu qanun layihəsini təsdiqləyib. İclas komitənin internet saytında yayımlanıb.
    Sənədi doqquz qanunverici dəstəkləyib, dördü əleyhinə çıxıb. Respublikaçıların təşəbbüsü ilə təqdim edilən qanun layihəsinin mətnində vurğulanır ki, konqresmenlər “[ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi silahların İsrailə təhvil verilməsini dayandırmaq qərarını pisləyirlər”. Qeyd olunur ki, Ağ Evin sahibi bunu “Konqreslə məsləhətləşmədən” edib. Sənədə əsasən, Vaşinqton administrasiyası İsrailə əvvəllər təsdiq edilmiş silahların təhvil verilməsini dərhal təmin etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR