Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.
Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılaraq, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, coğrafi məsafəyə baxmayaraq, ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək çoxlu əməkdaşlıq imkanları müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.