İranın Ali Rəhbəri xalqı prezident İbrahim Rəisi üçün dua etməyə çağırıb və ümidvar olduğunu bildirib ki, Allah onu və onunla birlikdə uçan nümayəndə heyətinin digər üzvlərini xalqa qaytaracaq. Azadmedia.az xatırladır ki, Prezidenti daşıyan helikopter bu gün günortadan sonra çətin eniş edib.
İranın Ali Rəhbəri ümid edir ki, prezident İbrahim Rəisi və yoldaşları Şərqi Azərbaycanda vertolyotun sərt enişindən sağ çıxıblar. O, SEPAH ailələri ilə görüşdə müvafiq bəyanatla çıxış edib.
Ali Məqamlı Rəhbər həmçinin hər kəsi itkin düşən helikopterdə olanlar üçün dua etməyə çağırıb.
O, ölkədəki vəziyyətin inkişafından da danışıb. Əli Xamneyinin sözlərinə görə, İran xalqı narahat olmasın, ölkənin həyatında heç bir axsama olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.