Venesuela artıq BRİKS-ə qoşulmaq yolundadır və tezliklə bu beynəlxalq birliyə qəbul oluna bilər. Venezolana de Televiziya kanalı xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro deyib.
Siyasətçi Moskvada keçiriləcək assosiasiya sammitində Venesuelanın BRİKS-ə tamhüquqlu üzv kimi qoşulacağına ümid etdiyini bildirib. Maduro qeyd edib ki, ölkə hakimiyyəti bununla bağlı işləyir.
Venesuela da yeni dünya güclərinə üzvi şəkildə qoşulmaq yolundadır. Nikolas Maduronun sözlərinə görə, BRİKS hegemonluğu olmayan yeni dünyadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.