Qəzza zolağında şiddətli döyüşlər aparan İsrail və HƏMAS hər ikisi bazar ertəsi öz liderlərini beynəlxalq məhkəmə qarşısında törətdikləri müharibə cinayətlərinə görə həbs etmək təkliflərini qəzəblə rədd etdilər.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan münaqişə ilə bağlı İsrail və HƏMAS-ın yüksək səviyyəli liderlərinin həbsi üçün müraciət etdiyini bildirib.
İsrail baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantı hədəf alan tələbi "tarixi biabırçılıq" adlandırarkən, Fələstin silahlı qruplaşması Həmas bu addımı "qətiyyətlə pislədiyini" bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.