Rusiya lideri İbrahim Rəisi ilə sabahkı vida mərasimində olmayacaq. Əvəzində İran paytaxtında baş tutacaq tədbirdə Dövlət Dumasının sədri iştirak edəcək.
Çərşənbə günü, mayın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana gələcək. O, Rusiya prezidenti Vladimir Putinlə bugünkü görüşdə müvafiq məlumatı təsdiqləyib.
Dövlət Dumasının sədri sabah səhər tezdən Tehrana uçacağını və orada İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcəyini təsdiqləyib.
Xatırladaq ki, ötən bazar vertolyot qəzası nəticəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla birlikdə həlak olan İran prezidenti ilə çərşənbə günü Tehranda vida mərasimi planlaşdırılır. Ümumilikdə 9 nəfər faciənin qurbanı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.