Avropa İttifaqı xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimin ləğvini təklif edib. Bu barədə Financial Times yazır.
Estoniya, Hollandiya, Çexiya və İsveç 2017-ci ildən qüvvədə olan rejimin ləğvindən danışıblar. Təşəbbüs müəllifləri həmçinin Tbilisiyə qarşı məqsədyönlü sanksiyaların tətbiqini və Aİ fondlarından vəsaitlərin dondurulmasını təklif ediblər.
Gürcüstanın hakim partiyası xarici agentlər haqqında qanun layihəsinə etirazlar fonunda bildirib ki, “kölgə qüvvələr” ölkənin daxili sabitliyini pozmağa çalışır, söhbət masonlardan və qlobal müharibə partiyasından gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.