AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Norveç Fələstin dövlətini tanıyır

  • + A
  • - A
  • 22-05-2024, 11:04

    Norveç Fələstin dövlətini tanıyır


    Norveç Fələstin dövlətini rəsmən tanıdı. Bu barədə TASS Reuters agentliyinə istinadən xəbər verir. Agentliyin məlumatına görə, qərar mayın 28-dən qüvvəyə minəcək.
    Bundan əvvəl Norveç hökumətinin Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan etmək niyyətində olduğu bildirilib. Bu barədə NRK məlumatlı mənbələrə istinadən məlumat yayıb.

    Xatırladaq ki, Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir. 2011-ci ildə o, təşkilata tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət etsə də, Təhlükəsizlik Şurasından dəstək ala bilməyib. Aprel ayında Təhlükəsizlik Şurasının 12 üzvü Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbul edilməsini tövsiyə edən sənədə səs verib, o cümlədən Rusiya və Çin, İsveçrə və Böyük Britaniya bitərəf qalıb, ABŞ isə Əlcəzairin qətnamə layihəsinə qarşı çıxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR