Azərbaycanla sərhədin demilitarizasiyası Ermənistanın təhlükəsizliyinin açarı olacaq. Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, indiki şəraitdə sadəcə olaraq bundan yaxşı təminat yoxdur, çünki qoşunların sərhəd rayonlarından çıxarılması Ermənistana təhlükəsizliklə yanaşı, suverenlik də gətirəcək, TASS xəbər verir.
Bu prosesin necə getdiyindən danışan Paşinyan əlavə edib ki, demilitarizasiya 1976-cı ildən SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrinə əsasən aparılır və bu, bütün sərhəd xətti boyunca davam etməlidir.
Əvvəllər xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan sərhədində ərazilərin delimitasiyasına etiraz edən 30-dan çox etirazçı saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.