AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB dövlət başçıları nəqliyyat dəhlizlərinin inkişafı üzrə 2030-cu ilə qədər fəaliyyət planı barədə qərar qəbul ediblər

  • + A
  • - A
  • 24-05-2024, 18:25


    MDB dövlət başçıları nəqliyyat dəhlizlərinin inkişafı üzrə 2030-cu ilə qədər fəaliyyət planı barədə qərar qəbul ediblər

    MDB ölkələrinin baş nazirləri 2030-cu ilə qədər infrastrukturun optimallaşdırılması və MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə tədbirlər planı barədə qərar qəbul ediblər, RİA Novosti xəbər verir.

    Müvafiq qərar MDB Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında qəbul edilib, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin məlumat verib.

    Özbəkistanın nəqliyyat nazirinin müavini İlxomjon Abduqafarov fəaliyyət planı ilə bağlı məruzəsi zamanı aydınlaşdırıb ki, planın icrası “MDB ölkələrinin tranzit potensialının reallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin infrastrukturunun inkişafı və digər mühüm aspektlər” üzrə tədbirləri nəzərdə tutur.

    MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 7-8-də Rusiyada keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR