Vest-Poyntda ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edən Bayden qeyd edib ki, Vaşinqton Kiyevi silahla təmin etməkdə və Ukrayna hərbçilərinə təlim keçməkdə davam edir.
"Ukraynada heç bir Amerika əsgəri yoxdur və mən bunu belə saxlamağa sadiqəm, ancaq biz Ukraynanın yanındayıq və onu dəstəkləməyə davam edəcəyik. Biz uzun illərdir tanıdığım insana, qəddar tirana qarşıyıq. Biz [geri çəkilə bilmərik] və geri çəkilməyəcəyik", - Amerika lideri davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.